Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Oğuz rayonunda meşə zolağının yaxınlığında böyük ərazi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Böyük Söyüdlü kəndində 50 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az