Axşam.az-ın məlumatına görə, təşkilatçı Aqil Məmiyev müsabiqədə ölkəmizi model Pərvin Həsənzadənin təmsil edəcəyini bildirib. Bununla bağlı fotosessiyalar, Azərbaycanın tarixini əks etdirən video çarxlar hazırlanır. P.Həsənzadənin üzərində stilistlər çalışır.
Qeyd edək ki, Pərvin Rusiyada peşəkar model kimi çalışır. Bu onun qatılacağı ilk müsabiqə deyil. P.Həsənzadə bundan əvvəl “Miss Eurasia 2014”, “Miss Bikini SNQ 2014”, “Miss Asia 2014” kimi gözəllik yarışmalarına qatılıb.








