Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti əsasında film çəkilib

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti əsasında film çəkilib
17:27 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 17:21 ]


Bakı. Cavid Zeynallı – APA. Rusiyanın “Rossiya Kultura” kanalında SSRİ xalq artisti Arif Məlikovun Nazim Hikmətin librettosuna bəstələdiyi “Məhəbbət əfsanəsi” baleti əsasında hazırlanmış “Əfsanə” adlı sənədli filmi nümayiş olunacaq. 

 

Bu barədə APA-ya filmin rejissoru Gülər Tokgöz məlumat verib. G. Tokgöz bildirib ki, filmin premyerası sentyabrın 10-da yayımlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan filmdə Maya Plisetskaya, Yuriy Qrigoroviç, Valeri Qerqiev, Türkiyənin balet ustası Meriç Sümen, məşhur türkiyəli aktrisa Türkan Şoray və bəstəkar Arif Məlikov çəkilib.

 

Çəkilişləri Bakı, Moskva və İstanbulda aparılan filmi Rusiyanın xalq artisti, Nikolay Tiskaridze təqdim edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR