Azərbaycanın şahmatçıları gənclər arasında dünya çempionatında mübarizəni davam etdirirlər

Azərbaycanın şahmatçıları gənclər arasında dünya çempionatında mübarizəni davam etdirirlər
20:58 4 Sentyabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında ikinci turun oyunları başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi bu çempionatda Nicat Abasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova və Aytən Əmrayeva təmsil edirlər.
Ümumilikdə turnirdə Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, Fransa, Gürcüstan, Hindistan, Çin, Rumıniya, Ukrayna, Niderland, Braziliya, Polşa, İngiltərə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Serbiya, İtaliya, Ermənistan, Belçika, İsveçrə, Avstriya və Almaniyadan 110 şahmatçı (62 oğlan və 48 qız) çempion adı uğrunda mübarizə aparır.
Yarış İsveçrə sistemi üzrə 13 turdan ibarət keçirilir.
Oğlanların yarışında ikinci turda Nicat Abasov Qazaxıstan şahmatçısı Janat Sayınla sülh bağlayıb. Misrəddin İsgəndərov Fransa təmsilçisi Rafael Dyutrel, Ülvi Bacarani isə serbiyalı Miloje Ratkoviç üzərində qələbə qazanıb.
Qızların mübarizəsində isə Səbinə İbrahimova Vyetnam təmsilçisi Nquyen Thi Thuy Trieni məğlub edib. Ülviyyə Fətəliyeva rumuniyalı İoana Geliplə xalları yarı bölüb. Günay Məmmədzadə və Aytən Əmrayeva isə bu turda məğlubiyyətlə üzləşiblər.
İki turdan sonra Nicat Abasov və Ülvi Bacarani 1,5, Misrəddin İsgəndərov, Günay Məmmədzadə, Səbinə İbrahimova 1, Ülviyyə Fətəliyeva isə 0,5 xal toplayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_sahmatchilari_gencler_arasinda_dunya_chempionatinda_mubarizeni_davam_etdirirler-882178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR