Murad Arif: "27 kiloqram arıqlamışam, amma..."

Murad Arif: "27 kiloqram arıqlamışam, amma..."
00:52 5 Sentyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

"İdmana nifrət edirəm. Mənim də getdiyim fitnes zalı var. Amma sevmirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-müğənni Murad Arif "Həyat tərzi" verilişində qonaq olarkən deyib:

"İdmana məcburi gedirəm. Oturum yemək yeyim, musiqi dinləyim, məclis aparım - bunlardan zövq alıram. Amma idmanda bir zövq tapa bilmirəm. Mən 27 kiloqram arıqlamışam. Amma idmanla yox. Bunu dietoloqun köməkliyi ilə etmişəm. Uşaq vaxtı 2 il karateyə getmişəm. Müəllim tapşırırdı ki, 10 dairə qaçın. Hamı qaçırdı, birinci dairədə sütun arxasında gizlənirdim. Doqquzuncuda ortaya çıxırdım. O qədər yeyirdim ki, 105 kiloqram olmuşdum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/367049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR