Bakıda baş verən yol qəzalarında xəsarət almış şəxslər ölüb

11:32 5 Sentyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 11:30 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol qəzası nəticəsində xəsarət almış 2 nəfər ölüb.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 8-də saat 22:30 radələrində Bakı şəhər sakini - 1986-cı il təvəllüdlü Azad Ənvərniya Xətai rayonu, Nobel prospektində idarə etdiyi “Daevoo” Nexia markalı avtomobillə İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü Günay Ələkbərovanı vurub. G.Ələkbərova xəstəxanaya yerləşdirilib. O,  sentyabrın 4-də orada ölüb.

 

Daha bir oxşar hadisə isə Sabunçu rayonunda baş verib. Sentyabrın 1-də saat 14 radələrində Sabunçu rayonu, H.Əliyev prospektində Əli Abbasovun idarə etdiyi “Daevoo” markalı və Təbriz Qarayusiflinin idarə etdiyi “VAZ”-2106 markalı avtomobillər toqquşub. Nəticədə Təbriz Qarayusifli, sərnişini 1980-ci il təvəllüdlü Məzahir İmranov xəsarətlə xəstəxanaya yerləşdirilib. T.Qarayusifli yardım alıb evə buraxılıb, M.İmranov sentyabrın 4-də xəstəxanada dünyasını dəyişib. 

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR