TÜRKSOY Opera Günlərində Azərbaycan sənətçiləri də iştirak edəcək

TÜRKSOY Opera Günlərində Azərbaycan sənətçiləri də iştirak edəcək
11:38 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan "Opera Günləri" 18-ci dəfə sənətçiləri bir araya gətirəcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-dən 24-dək davam edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə və Şimali Kiprdə baş tutacaq.
Quruma üzv ölkələrin opera və balet sənətçiləri sentyabrın 15-də İstanbulda, 17-18 sentyabrda Şimali Kiprdə çıxış edəcək, 23-24 sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.
TÜRKSOY Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin və Şimali Kiprdən 24 sənətçi iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TURKSOY_Opera_Gunlerinde_Azerbaycan_senetchileri_de_istirak_edecek-882245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR