Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
12:47 5 Sentyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 12:44 ]

Bakıda 35, bəzi bölgələrdə 37 dərəcə isti gözlənilir

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Yarımadada havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

 

Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

 

Şərq küləyi əsəcək. Temperatur gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR