Qubada ağır yol qəzası baş verib

Qubada ağır yol  qəzası baş verib
14:06 5 Sentyabr 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə Bakı-Quba- Rusiya sərhədi yolunun 148-ci km də -Qubanın Paşaoba kəndi ərazisində baş verib.


ANS PRESS-in məlumatına görə Qubanın Afurca kənd sakini Nurməmməd Əzizov idarə etdiyi Pajero Mitsubishi markalı avtomobillə Qubadan Bakı istiqamətinə hərəkət edərkən qəfildən avtomaşın yolun sağına çıxaraq ağaca çırpılıb.

Nəticədə 61 yaşlı sürücü Nurməmməd və onun böyük qardaşı ,63 yaşlı Əziz Əzizovlar hadisə yerindəcə keçiniblər.İki ailənin üzvlərinin olduqu avtomobildə olan 3 sərnişin isə-11 yaşlı Xədicə Əzizova,12 yaşlı Asim və 22 yaşlı Sevinc Şükürovlar isə müxtəlif dərəcələrlə Quba rayon mərkəzi xastəxanasına çatdırılıblar.

Hadisə yerində araşdırma aparan BDYP-nin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev qəzaya ilkin səbəb kimi sürücünün sükan arxasında yatmasını qeyd edib. Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=359947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR