Lənkərana gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri də Yeddibulaqdır

05:28 7 Sentyabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsində şəfalı bulaqları ilə zəngin olan, yerli və xarici turistlərin daha çox üz tutduğu məkanlar çoxdur.
AZƏRTAC xəbər verir ki, belə bulaqlardan biri Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində, Xəzər dənizinə yaxın olan ərazidə yerin dərinliklərindən çıxan Yeddibulaqdır.
Yerli sakinlərin sözlərinə görə, vaxtilə bu ərazidə 517-dən çox bulaq olub. Yol çəkilişi və tikinti işləri ilə bağlı onların çoxu quruyub. Həmin bulaqlardan yalnız gur axan 7 bulaq qalıb. Həmin bulaqlar birləşdirilərək insanların gündəlik istifadə etdiyi həyat çeşməsinə çevrilib.
Bulağın yerləşdiyi ərazinin gözəl təbiəti buranı, həm də, istirahət məkanına çevirib. Rayona gələn yerli və xarici turistlər Yeddibulağın suyundan içməmiş geri qayıtmağa tələsmirlər. Bulaq suyunun şəfalı olduğunu nəzərə alaraq turistlər geri qayıdarkən sudan aparmağı da unutmurlar.
Suyu yayda buz kimi sərin, qışda isə ilıq olan Yeddibulaq insanların ən çox üz tutduqları məkanlardan birinə çevrilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkerana_gelen_turistlerin_en_chox_uz_tutduqlari_mekanlardan_biri_de_Yeddibulaqdir-882556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR