Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda banklararası kreditlər ucuzlaşıb
14:12 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 sentybar. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin iyul ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,71 faiz bəndi azalaraq avqustun 1-nə illik 6,33%, xarici valyutada isə 0,53 faiz bəndi azalaraq illik 5,09%-ə düşüb.
"Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.
Manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə - illik 16,0%, xarici valyutada isə 1 ildən yuxarı kreditlərdə isə 8,06% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə 1 aylıq kreditlərdə - manatla 1,94%, valyutada 3,60% olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-banklararasi-kreditler-ucuzlasib12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR