Vergilər Nazirliyindən I Avropa Oyunları ilə bağlı AÇIQLAMA

Vergilər Nazirliyindən I Avropa Oyunları ilə bağlı   AÇIQLAMA
15:57 28 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza gələn qonaqlar Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər". Fanat.az xəbər verir ki, bu sözləri vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov deyib.


Müşavir vurğulayıb ki, bu səbəbdən Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadə­yə ciddi nəzarət olunur.

 

Müşavir onu da qeyd edib ki, nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, "gizli iqtisadiyyat"ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdi: "Nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur".


Əhmədovun sözlərinə görə, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır: "Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdı. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundu".//lent.az


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vergilr-nazirliyindn-i-avropa-oyunlar-il-bal-t17868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR