Bakı, 7 sentyabr, AZƏRTAC
"Global Finance" jurnalının hesabatında İslam bankçılığı və inkişaf etməkdə olan ölkələrin maliyyə təşkilatları da daxil olmaqla dünya bankları 12 kateqoriya üzrə qiymətləndirilib.
AZƏRTAC payspacemagazine.com-a istinadla xəbər verir ki, ən yaxşı istehlak bankı ispan, ən yaxşı korporativ bank yapon, ən yaxşı investisiya bankı isə amerikan bankı olub. Reytinq təşkil edilərkən məhsuldarlıq, nüfuz və idarəetmə sisteminin effektivliyi cəhətlərinə üstünlük verilib. Yekun qərar isə bankirlər və analitiklər ilə konsultasiyalardan sonra verilib.