[ 07 Sentyabr 2015 16:48 ]


Bakı. Məlahət Nəcəfova - APA. Tacikistan müdafiə nazirinin keçmiş müavininin dəstəsinin 14 üzvü Vəhdət rayonunun Ramit dərəsində saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Əməliyyat Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, baş prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Hadisə yerindən silah, döyüş sursatları götürülüb.

Qeyd edək ki, sentyabrın 4-də Tacikistanın Vəhdət şəhərində Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak ölüb.

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hadisələr zamanı 9 silahlı dəstə üzvünün öldürüldüyü qeyd olunur.

Hakimiyyət rəsmiləri Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodaya sadiq qüvvələr tərəfindən həyata keçirildiyini bəyan ediblər.