Tovuz, 8 sentyabr, AZƏRTAC
Tovuzlu fermerlər bu il 1624 hektar sahədə bol tərəvəz yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər artıq 1571 hektar sahədə tərəvəz yığımını başa çatdırıblar. Sahələrdən 27 min 461 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 174,8 sentner təşkil edib. Toplanan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1184 ton, məhsuldarlıq isə 0,2 sentner coxdur.
Rayonda tərəvəz yığımı davam edir.