Əfsanəvi futbolçu FİFA prezidentliyinə namizədliyini irəli sürəcək

17:27 28 Yanvar 2015
354 İdman
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 17:21 ]


Bakı – APA. Portuqaliya yığmasının, həmçinin “Barselona” və Madrid “Real”ının sabiq futbolçusu Luiş Fiqu maraqlı addımı ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, o, FİFA prezidentliyinə namizədliyini irəli sürməyə qərar verib.

 

Bununla bağlı danışan Fiqu hazırkı prezident Yozef Blatteri tənqid edib. Ali futbol qurumuna münasibətin dəyişdiyini deyən keçmiş “7 nömrə” çıxış yolunu prezident dəyişikliyində görür: “Mən futbola görə narahat oluram. Son illər FİFA-nın imici çox aşağı düşüb. Sonuncu dünya çempionatı zamanı Braziliyada idim və azarkeşlərin reaksiyalarını gördüm. FİFA-ya olan münasibəti dəyişmək lazımdı. Bunun üçün isə ilk növbədə, rəhbərlik dəyişilməlidi. Fikrimcə, namizədliyimi irəli sürmək üçün ən uyğun vaxtdı”.

 

Qeyd edək ki, FİFA-nın prezidenti postuna ən real namizəd hazırkı prezident Yozef Blatter sayılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR