"Mən Xloenin dırnaq boyasının pozulmağına görə belə narahat olan insanam". ANS PRESS-in məlumatına görə, bu açıqlamanı məşhur müğənni Sərdar Ortaç türkiyəli sənətçi Hülya Avşarın TV 8 də yayımlanan verlişinə qonaq olduğu zaman deyib.
ANS PRESS-in məlumatına görə, verlişdə Sərdar Ortaç arvadı haqqında maraqlı açıqlamar verib. Hülya Avşarın "qısqanc bir kişisən?" sualına cavabında müğənni qısqanc olmadığını deyib.
Onun sözlərinə görə, müğənni həyat yoldaşına seriallardan təkliflər gəldiyini deyib.
"Bir serialdan mafiya başçısının sevgilisini canlandırması üçün təklif gəlmişdi. Lakin o, özü bu rolu qəbul etmədi. "Bu rolda oynaya bilmərəm, çünki səninlə evliyəm" dedi. Öpüşmə səhnələrini isə o özü qəbul etməz. Ümumiyyətlə mən ailəli olmayanların belə rollara çəkilməsinin tərəfdarıyam.
Qadına qarşı sərt rəftar göstərə bilmərəm. Çünki mən Xloenin burnun üzərinə çıxan sızanağa, dırnaq boyasının pozulmasına görə pis olan biriyəm".