Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici internet səhifəsində yaradılmış “Reproduktiv sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair məlumat” portallarının təqdimatı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində həmin portalların yaradıcıları olan İSİM-in əməkdaşlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir iştirakçıları portallar barədə ətraflı məlumat əldə edəcək, “Mənim reproduktiv sağlamlığım” və “Sağlamlığını qiymətləndir” virtual alətləri ilə tanış olacaqlar.