Paytaxtın Xəzər rayonunda quldurluq cinayəti törətmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Abbasov, Abşeron rayon sakini Əli Quliyev və Lənkəran rayon sakini Teyyub Teymurov tutulublar.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə başlarına maska keçirərək Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl - ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər. Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar.

Araşdırma zamanı o da məlum ki, dəstə üzvlərindən iki nəfər - İ.Abbasov və T.Teymurov bir müddət əvvəl həmin mənzilində fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlar məlumatlı olublar.

İlham Abbasov, saxlanılan şəxs: "Biz əvvəl o evdə işləmişdik deyə bilirdik ki, o kişinin evində pul var. Planlaşdırdıq, getdik. Alışqanla qorxutduq, pulun yerini dedi. Pulu götürüb çıxdıq".

Əli Quliyev, saxlanılan şəxs: "Gördüm ki, qadını yerə yıxıblar, Teymur ağzını tutub, İlham da əllərini. Mən də məcbur oldum, qadının əl-ayağını bağladım. Qadın dedi ki, pul onun otağındadır".

Faktla bağlı Xəzər rayon polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda evə basqın edən dəstənin üzvü: "Gördüm ki, qadını yerə yıxıblar" - VİDEOфото