Aşıq Samirə Əliyeva tədbirlərin birində fotokamera qarşısına keçərək, şəkillər çəkdirib.
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi geyimlərindən bəhs edib:
"Qara ən gözəl geyimdir ki, hər növ məclisdə istifadə etmək mümkündür. Lazım olmayan qüsurları da örtmək olur. Hələ də görünüşümdən razı deyiləm. Yenə arıqlayacam. Geyim seçərkən çox çətinlik çəkirəm. Toya qatılanda ziyafət libasları geyinirəm.
Amma qonaqlığa gedəndə çox şeyi nəzərə almalıyam: nə sadə, nə açıq-saçıq, nə də çox dəbli olmalıdır. Geyimə çox da önəm verən deyiləm. Bahalı, brend libaslar almaq kimi bir iddiam da yoxdur. Zinət əşyalarını da xoşlamıram. Sadəcə, geyimimi tamamlamaq üçün istifadə edirəm".
Milli.Az




