Bakı, 9 sentyabr, Laçın Sultanova, AZƏRTAC
Tatarıstanda fəaliyyət göstərən “Buqulma elektrik nasosları zavodu” ASC (RUNAKO qrupu) və “Azneft” İstehsalat Birliyi (SOCAR) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
Sənəd Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin dəstəyi ilə imzalanıb. Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, niyyət protokolunu “Buqulma elektrik nasosları zavodu” ASC-nin (RUNAKO qrupu) Direktorlar Şurasının sədri Zurab Kavtaradze və “Azneft” İstehsalat Birliyinin (SOCAR) Satınalmalar Departamentinin baş direktoru Namiq Aslanov imzalayıblar.