Bakı, 10 sentyabr, AZƏRTAC
Xidmət səviyyəsini yüksəltmək, müştəriləri bank məhsulları ilə daha yaxşı səviyyədə təmin etmək məqsədilə "Azər Türk Bank” ASC-nin "Mərkəz" filialı yeni ünvanda fəaliyyətə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri, Bülbül prospekti 44 ünvanında yerləşən filialda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar da daxil olmaqla, bütün bank xidmətləri təklif edilir.
Ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli məlumat mərkəzindən əldə etmək olar.