Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az report-a istinadən xəbərinə görə, Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş S.Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.
Y.Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Milli.Az