İranın BMT-dəki daimi nümayəndəsi bəlli oldu

İranın BMT-dəki daimi nümayəndəsi bəlli oldu
22:54 28 Yanvar 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+

Qulaməli Xoşru İranın BMT-dəki yeni daimi nümayəndəsi təyin edilib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Q.Xoşru 1989-1995-ci illərdə də həmin vəzifədə çalışıb.

 

Məlum olduğu kimi, 2014-cü ilin aprelində ABŞ Konqresində İranın BMT-yə təyin etdiyi Həmid Əbutalebin ölkəyə buraxılmamasına  dair qanun layihəsi qəbul edilmişdi. ABŞ hökumətinə görə, Əbutaleb 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girovların saxlanılmasında iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR