[ 11 Sentyabr 2015 12:51 ]
Bakı. Ağa Cəfərli - APA. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S-201 №-li sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar sentyabrın 9-da Xəzər dənizinə endirilib.
Bu barədə DSX-nın mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 7-də gəmiyə baxış keçirib.