[ 11 Sentyabr 2015 17:32 ]


Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə və həmin qurumun anti-Azərbaycan üzvlərinə qarşı bir sıra sosial şəbəkələrdə birbaşa onların ünvanlarına etiraz məktubları göndərməyə başlayıblar.

Birlikdən APA-ya verilən məlumata görə, məktublarda Azərbaycana qarşı düzgün mövqenin seçilməsi, qısqanclığa son qoyulması,insan hüquqları müdafiəçilərinin Azərbaycanın 1 milyondan artıq qaçqınlarının hüquqlarını müdafiə etməsi və bu kimi digər çağırışlar öz əksini tapıb.