Salyanda baş verən qəzada iki nəfər yaralanıb

15:57 27 Dekabr 2014
56 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 15:52 ]

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) verilən məlumata görə, hadisə Ələt-Astara magistralının 15-ci kilometrliyində, Salyanın Xıdırlı kəndi ərazisində qeydə alınıb.

 

Neftçala rayon sakini, 30 yaşlı Coşqun Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə sürücü və sərnişini, 32 yaşlı Bakı şəhər sakini Amil Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR