Minsk, 12 sentyabr, AZƏRTAC
Belarusda idman jurnalistikası kütləvi informasiya vasitələrinin mühüm istiqamətlərindən biridir. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri Belarusun informasiya naziri Liliya Ananiç Belarus Milli Olimpiya Komitəsində Avropa İdman Jurnalistləri İttifaqı konqresinin açılış mərasimində və KİV üçün seminarda səsləndirib.
Minskdə 27 ölkədən 40-dan çox iştirakşı peşəkar idmanda nəticələrin manipulyasiya edilməsinə qarşı mübarizə, Avropada idman KİV-lərinin hüquqları (radioyayıma və qarışıq zonalarda işləməyə görə haqq tutulması) məsələlərini müzakirə edəcək.
Konqresdə Minsk yarımmarafonunun təqdimatı keçiriləcək, Beynəlxalq İdman Mətbuatı Assosiyasiyası (AIPS) ilə Avropa Taekvondo İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk