Bakı, 29 yanvar, AzərTAc
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 29-da Türkmənistana yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Aşqabadda keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.