[ 14 Sentyabr 2015 14:26 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onların şikayəti təmin olunmayıb.

Qeyd edək ki, ötən il noyabrın 16-da soyğunçuluqda şübhəli bilinən Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Həmzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər cəzalarının azaldılması üçün apellyasiya şikayəti veriblər.