Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
Bakı Dövlət Universitetində DAAD (Alman Akademik Mübadilə Xidməti) və bu ali təhsil ocağının birgə təşkilatçılğı ilə “Alman dili dərsində poetik yazı” mövzusunda 5 günlük ixtisas kursu başa çatıb.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun germanistika və alman dilini tədris edən müəllimləri ilə yanaşı, digər universitetlərin əməkdaşlarının da iştirak etdiyi kurs Almaniyadan dəvət edilən mütəxəssis xanım Doktor İngrid Beker-Rossun rəhbərliyi altında keçirilib. Kursun sonunda iştirakçılar sertifikatla təmin olunub.
Qeyd edək ki, kursda aşağı dil səviyyələrində yazı qabiliyyətinin inkişaf etdirilməsi metodlarının öyrədilməsi, alman ədəbiyyatının aşağı dil səviyyələrində aktiv müqayisəsinin göstərilməsi, yazıda baryeri aradan qaldırmaq üçün lazımı şərtlərin müzakirəsi, öz yazdığının interpretasiyasına girişin əks etdirilməsi, bu tapşırığı inkişaf etdirmək üçün müvafiq qiymətləndirmə meyarları əsas müzakirə obyekti olub.
Xatırladaq ki, DAAD tələbə və elmi işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az