TQDK sədri: “AMEA-nın magistraturasına qəbul aparmaq üçün “Təhsil haqqında” qanunda dəyişiklik olmalıdır”

12:42 29 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 12:37 ]

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə keçiriləcək imtahanlarla bağlı məsələlərə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, komissiya bu məsələyə texniki və metodiki kömək göstərir.

 

Burada hüquqi məsələlərin də olduğunu deyən TQDK sədri qeyd edib ki, hüquqi baxımdan müəyyən dəyişikliklər onlardan asılı deyil: “Hətta “Təhsil haqqında” qanunda müəyyən dəyişiklik olmalıdır. Çünki qanunda yazılıb ki, magistraturaya qəbulu yalnız təhsil müəssisələri apara bilər. Elmi müəssisələrin magistraturasına qəbulla bağlı isə “Təhsil haqqında” qanunda heç bir maddə yoxdur. Bu dəyişikliklər baş tutandan sonra təbii ki, qəbul aparılacaq”.


TQDK sədri AMEA magistraturasına qəbul tarixinin onlardan asılı olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR