Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçan aparat məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus ilkin ehtimala görə “Krunk-25” tipli taktiki pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq vurulub.