Bakı, 15 sentyabr, AZƏRTAC
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurublar.
Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.