Bakı, 29 yanvar, AzərTAc
Yanvarın 30-da “Muğanbank”ın baş ofisində, saat 10-da adsız istiqrazlar üzrə lotereyanın 42-cı tirajı keçiriləcək.
Bankdan AzərTAc-a verilən məlumata görə, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2 min ədəd təşkil edir. Maksimum uduş məbləği 50 min manatdır.
“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bank 50 milyon manat dəyərində 1 milyon ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.
Uduşa düşmüş istiqrazların nömrələrini bankın rəsmi http://www.muganbank.az/ saytından əldə etmək olar.