[ 16 Sentyabr 2015 17:34 ]


"Fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur"

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib.

"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A. Əliyevin sözlərinə görə, fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur: "Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".

Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb.