Tarixçi alim, millət vəkili Musa Qasımlı növbəti parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, o, bu dəfə doğulduğu rayondan - 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəd olub.
Maraqlıdır ki, həmin dairədən xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizəd olacağı gözlənilirdi. Partiya sədri namizədliyini hələlik rəsmən irəli sürməsə də, KİV-də o, Yardımlıdan namizəd kimi artıq təqdim edilir.
Belə çıxır ki, hazırda həmin dairədən deputat olan xalq şairi namizəd olarsa, M.Qasımlıyla rəqabət aparmalı olacaq.
Milli.Az