"Elektron Hökumət" üzrə maarifləndirici təlimlərə başlanılıb

14:23 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron Hökumət" üzrə maarifləndirici təlimlərə başlayıb.
Mərkəzdən AzərTAc-a bildirilib ki, "Elektron hökumət" portalı bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində seminarlar təşkil edib. “Kitab yoxsa kompyuter?”, “Virtual yoxsa real məmur?”, “Ənənəvi yoxsa elektron hökumət?” və s. mövzular çərçivəsində keçirilən tədbirlər "Dünya Məktəbi" və “Bakı Avropa liseyi”ndə davam etdiriləcək.
"Elektron Hökumət" quruculuğu, e-xidmətlər, e-imza üzrə keçirilən tədbirlərin əsas məqsədi dövlət-vətəndaş münasibətlərində innovasiya hesab edilən, bürokratik ənənəvi əməliyyatlara son qoyan elektronlaşmanın ictimai mahiyyətini, əhəmiyyətini və gələcək planları vətəndaşlara çatdırmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotElektron_Hokumet_quot_uzre_maariflendirici_telimlere_baslanilib-828319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR