Kövrək, "dəvəquşu" sindromlu kişilər

Kövrək, "dəvəquşu" sindromlu kişilər
15:05 29 Yanvar 2015
711 Sosial
Ölkə mətbuatı
A- A+

Həkimə vaxtında gəlmək lazımdır
İnsanlarda uzunömürlülük ölkələrə görə dəyişir. Belə ki, Svazilenddə insanlar maksimum 39,5 il yaşadığı halda, Yaponiyada 81, Andorrada 83,5 il, Türkiyədə 73,6 il ömür sürürlər. Dünyanın bütün ölkələrində kişilər qadınlardan daha az yaşayırlar. Qadınlarla kişi ölümlərinin arasında ən çox fərq olan ölkə Ukrayna, ən az olduğu ölkə isə İslandiyadır.

ABŞ-ın Kolumbiya Universitetinin cinsiyyət araşdırmaları mütəxəssisi Marianna Legato kişilərin erkən ölüm səbəblərini araşdırıb. O, hüceyrələrdəki X və Y xromosomlarının qadınların lehinə və kişilərin daha kövrək olduğunu iddia edən araşdırmasında müəyyən edib ki, kişilər əsasən riski sevdiyi üçün qəzalara düşməsi, əsəb və stress səbəbi ilə intihar etməsi, təhlükəli işlərdə işləməsi və ürək xəstəliklərinə daha tez yoluxması səbəbilə dünyasını dəyişirlər. M.Legatoya görə, hər şey "dəvəquşu sindromu"nda birləşir. Bu deyim elmə o qədər məlum olmasa da, kişilərin qadınlardan tez ölməsi bununla izah olunur. Sindrom ancaq kişilərə aiddir.

Bütün millətlərdə kişilər qadınlara nisbətən daha tez ölür, daha tez-tez xəstələnib, daha gec sağalır və daha çətin yaşayırlar. Kişilər əzələ və sümük baxımından güclü görünsələr də, poliqam, hiper olduqlarını iddia etsələr də, təəssüf ki, bəzi ciddi bioloji qüsurları var. Həkim-terapevt Məlahət Abbasova kişilərin belə zəif olmasını elmi sübutlarla izah edir. Dediyinə görə, məsələn, qadınlar iki X xormosomuna sahib olduqları halda kişilərdə bu, bir dənədir. Ömrü qısaldan ürək xəstəliklərinə, bəzi xərçəng növlərinə yol açan testosteron hormonu kişilərdə qadınlara nisbətən daha çoxdu. "Çox zaman qadına zərif və zəif deyirlər. Qadınlar zərifdir, amma zəif deyillər. Əslində kişilər qadınlardan daha zəifdirlər. Kişilərin müsbət xolesterol səviyyəsi qadınlardan daha azdır. Kişilər qarınətrafı piylənməyə, qlikoz dözümlülük pozuntusu və təzyiq yüksəlməsinə daha çox meyllidirlər. Kişilər ürək-damar xəstəliklərinə, yəni infarkt və iflic kimi xəstəliklərə çox həssasdırlar".

Müsahibimiz deyir ki, kişilər qadınlara nisbətən daha çox aqressiv olur, zorakılıq və hiddət nümayiş etdirməyə daha çox meyillidirlər. "Kişilər ünsiyyət qurma bacarığına anadangəlmə sahib olmadıqları üçün iş stresləri də yüksək olur. Dostlar, ailə və yaxınlardan dəstək alma istiqamətində bacarıqsız olduqlarından daha çox stressə düşürlər".

Qadınlardan fərqli olaraq kişilər daha çox narahat olan, qorxan, çətin sevinən, çətin inanan və az bağışlayan olurlar. Kişilərin ölüm səbəbləri əsasən nəqliyyat vasitələrində kəmər istifadə etməmək, spirt və siqaret istifadəsi, cinsi xəstəliklərə qarşı qorunma tədbirlərinin görülməməsi, xəstələnəndə belə həkimə çox az müraciət etməsi ilə əlaqədardır. Kişilər lazımsız risklərə asan gedə bilirlər.

Ancaq kişilərin problemləri bununla bitmir. Lazımsız yerə riskə getdikləri üçün kişilər çox zaman özlərinə yaxşı qulluq da edə bilmirlər. Bu problemlər daha çox orta yaşlarda büruzə verir. Qısası, mütəxəssislər kişilərin bu rəftarlarını başını quma basdırmış dəvəquşlarına bənzədir və bu vəziyyəti "dəvəquşu sindromu" adlandırırlar.

Amerialı psixiatr Harvi Simon kişilərə bu sindromdan qorunmağın xəritəsini də hazırlayıb. Belə ki, bu problemlərdən uzaq olmaq istəyən kişilər ilk növbədə spirtli içkilərdən və tütün məhsullarından uzaq durmalıdırlar. Nizamlı məşq etmək, düzgün qidalanma, stressi idarə etmə, bədəndə yağ nisbətinin azaldılması, cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq da bu sindroma yoluxmanın qarşısını alır. Simon çox yaşamaq istəyən kişilərə avtomobildə təhlükəsizlik kəməri taxmağı, radiasiya və ultrabənövşəyi qaynaqlarından, kimyəvi və ekoloji zərərlərdən uzaq durmağı məsləhət görür.

Androloq Kamil Baxşəliyevin sözlərinə görə, qadın xəstəlikəri üçün çox sayda məsləhətxanalar olsa, bu barədə çox yazılsa da, kişi xəstəlikləri ilə mübarizə aparan xəstəxana və mütəxəssislər çox azdır. Bu da kişilərin həkimlərə müraciət etməməsindən irəli gəlir. Əslində isə kişilərin qadınlardan daha çox androloqlara ehtiyacı olur: "Azərbaycan cəmiyyətində bir çox kişilər androloqa müraciət etməyi özlərinə sığışdırmırlar. Müraciət edəndə isə o qədər gec olur ki, "həkimlər heç nə bacarmırlar" deyib gedirlər. Həkimə vaxtında gəlmək lazımdır".

Androloq bildirir ki, yaşlanma müddətinin təbii bir parçası olan antropoz əslində bir çox kişiyə heç təsir etmir. Bir çox kişi bu dövrün fərqində olmur. Əzələ gücündəki azalmanı, qarnındakı yağlanmanı, diqqətindəki dağılmanı, yuxu problemlərini və ya əzələ-sümük ağrılarını başqa səbəblərə bağlayır. Bəzi kişilər də yaşadığı cinsi problemləri ya normal qəbul edib boyun əyir, ya da dayandırma həyəcanına qapılır. Bunun səbəbi bir az da müddətin xüsusiyyəti ilə əlaqədardır. "Kişilər qadınlarda olduğu kimi tam bir hormonal kəsilmə yaşamır. Kişilərdə yavaş-yavaş inkişaf edən və yaşlandıqca diqqətə çarpan bir testosteron itkisi meydana gəlir. Əgər vaxtında həkimə müraciət edilərsə, kişilərdə itirilən testosteronun yerinə qoyulması mümkündür".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bəzi ölkələrdə kişi ölümlərinə səbəb olan xəstəliklərin 60 faizi siqaret istehlakı ilə yaranan xəstəliklərlə əlaqədar olub. Siqaretdən sonra ikinci yeri isə spirtli içkilərdən qaynaqlanan xəstəliklər tutub.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/321601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR