Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, partiyadan 63 nəfərlə parlamentə keçirilən seçkilərdə iştirak edəcəklər.

Milli.Az əməkdaşı ilə söhbətində F.Quliyev deyib: "Kifayət qədər yaxşı hazırlaşmışıq, lakin biz tək seçki dönəmində hazırlaşmırıq. 5 il müddətində hər seçki bitəndən sonra növbəti seçkiyə hazırlıq partiyanın fəaliyyəti ilə bağlı olur. Namizədlər artıq sənədlərini seçki dairələrinə verib, hesab edirəm ki, uğurlarımız olacaq".

Aynurə Məmmədova
Milli.Az