[ 18 Sentyabr 2015 13:51 ]


Moskva. Fərid Əkbərov - APA. "İslam Dövləti" terror qruplaşması sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, ordu generalı Sergey Smirnov bildirib.

Onun sözlərinə görə, FTX-nın məlumatlarına əsasən, "İslam Dövləti" terror qruplaşması tərkibində Rusiya vətəndaşları ilə yanaşı Orta Asiya ölkələrinin 3 minədək vətəndaşı döyüşür.