FİFA-nın ərizə müddəti bitti

FİFA-nın ərizə müddəti bitti
16:46 29 Yanvar 2015
586 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidentliyinə keçiriləcək seçkidə mübarizə aparacaq namizədlərin ərizə verməsinə qoyulmuş vaxt bu gün başa çatır. İndiki prezident Yozef Blatter seçkidə yenidən mübarizə aparacaq.

ANS PRESS-in məlumatına görə, o, bu barədə "Twitter" səhifəsində yazıb və artıq ərizə təqdim etdiyini deyib: "Bu gün seçki təqvimində mühüm gündür. Mən sifariş vermişəm. İndi iş seçki komitəsinə qalır...”

Prezidentlik uğrunda həmçinin daha 5 namizəd mübarizə aparır. Onların arasında Fransa millisinin sabiq futbolçusu David Jinola, FİFA-nın keçmiş baş katibi Jerom Şampan, Hollandiya Futbol Federasiyasının başçısı Maykl van Praq, portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu da var. FİFA-nın başçısı vəzifəsinə İordaniya kralı Əli Bin Əl-Hüseyn də iddialıdır.

Xatırladaq ki, Y.Blatter 4 ildir FİFA prezidentidir. O, son vaxtlar sərt tənqidlərlə qarşılaşır və korrupsiyada ittiham olunur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=322675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR