[ 19 Sentyabr 2015 11:41 ]



Bakı - APA. "Hər cümə namazından sonra Tehranda "Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın CBS telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani deyib.

İran lideri bildirib ki, bu, ABŞ-ın bundan öncəki hakimiyyətlərinin siyasətinə reaksiyadır.

Buna misal olaraq H. Ruhani İran-İraq müharibəsi zamanı ABŞ-ın Səddam Hüseynə dəstək verməsini göstərib.

"Əslində, İran xalqı amerikalılara hörmətlə yanaşır və müharibə istəmir", - deyə H. Ruhani bildirib.