"Məzarıma bir cüt ayaqqabı qoyun"

"Məzarıma bir cüt ayaqqabı qoyun"
18:31 29 Yanvar 2015
237 Digər
Ölkə mətbuatı
A- A+

Xalq şairi Vaqif Səmədoğlu bu gün son mənzilinə yola salındı.

Onu sevənlər şairin şeirlərində qeyd etdiyi vəsiyyəti onun dəfn günündə yerinə yetiriblər. Şairin məzarı başına bir cüt ayaqqabı və Vaqifin şeirindən bir neçə bəndin yazıldığı bir kağız parçası qoyulub.

Xalq şairi atası Səməd Vurğun və qardaşı Səməd Yusif oğlu ilə birlikdə, I Fəxri Xiyabanda uyuyacaq.

ANS PRESS ölüm şairinin vəsiyyət edərcəsinə yazdığı həmin şeirindən bir hissəni sizə təqdim edir:

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin…




Son gecədir bu gün yenə…


Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər…



Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk…



İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar…



Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur…
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR