[ 21 Sentyabr 2015 11:04 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yaddaş pozğunluğundan əziyyət çəkən şəxs itkin düşüb.
APA-nın məlumatına görə, Suraxanı rayon sakini Elmar Şahverdiyev 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, yaddaş pozğunluğu xəstəliyindən əziyyət çəkən qardaşı 1965-ci il təvəllüdlü Taleh Şahverdiyev 3 saylı şəhər klinik xəstəxanasından çıxıb və geri qayıtmayıb.