Bakı, 21 sentyabr, AZƏRTAC
Bu ilin səkkiz ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 14 milyard kubmetr qaz nəql edilib. Qaz nəqlinin 30,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 4,27 milyard kubmetr qaz ötürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.