Bakı, 21 sentyabr, AZƏRTAC
Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanan SİRİZA sentyabrın 21-də "Müstəqil yunanlar" partiyası ilə birgə yeni hökuməti formalaşdırmağa başlayacaq.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə SİRİZA koalisiyasının keçmiş hökumətində milli müdafiə nazirli postunu tutan "Müstəqil yunanlar" partiyasının lideri Pannos Kammenos bildirib. O, həmçinin konstitusiyaya əsasən Aleksis Tsiprasın ölkə prezidenti Prokopis Pavlopulosun qəbuluna gedəcəyini də əlavə edib. Belə ki, prezident yeni nazirlər kabinetini formalaşdırmaq üçün ona mandat verməlidir.
Seçkilərin son nəticələrinə görə, SİRİZA "Müstəqil yunanlar" partiyası ilə birgə parlamentdə 155-dən çox yerə sahib ola və koalisiya hökuməti qura bilər.