Bakı, 21 sentyabr, AZƏRTAC
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, təqdim edilən test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23000 yeni test tapşırığı əlavə edilib.
Toplulardakı tap¬şırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahan¬ların¬da istifadə olun¬muş tapşırıqlardan, habelə “Abitu¬riyent” jur¬nalının ayrı-ayrı say¬ların¬da dərc edilmiş model testlərdən ibarətdir. Toplu¬dakı test tapşırıq¬larının 25 faizi heç bir imtahanda istifadə edilməmiş tapşırıq¬lardır. Bunlar test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və on¬ların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarında istifadə olunmuş test komplektləri də daxil edilib.
Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə bilə¬cəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxla¬maq və artırmaq im¬ka¬nı əldə edəcək.
Abituriyentlərin isə bu testlərdən istifadə etməklə öyrəndiklərini hərtərəfli yoxlamaq imkanı olacaq. Testlər üzərində iş onların imtahana həm də psi¬xo¬loji hazırlığında əhəmiyyətli rol oyna¬yacaq. Toplulardakı tapşırıqlardan eyni za-man¬da ümumtəhsil məktəblərinin buraxılış imtahan¬larında test modelləri kimi istifadə ediləcək.
Test toplularını TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.