Bakı, 22 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində Süleyman Aslanova məxsus mağazada, Suraxanı rayonu Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 ünvanında Elnur Namazova məxsus, Göygöl rayonu Quşqara kəndində Elman Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
Bakının Nizami rayonu Q.Qarayev prospekti, 25/6 ünvanında Zülafət Qafarovaya məxsus mağazada, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Nizami küçəsində Ağaverdi Şıxıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Nəsimi rayonu M.Qaşqay küçəsi, 27 ünvanında Pəri Əliyevaya məxsus, Qaradağ rayonu Ələt qəsəbəsi, M.F.Axundov küçəsi, 4 ünvanında İlqar İmanova məxsus, Tovuz rayonu Əyyublu kəndində Mahir Kazımova məxsus, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Kazım Hüseynova məxsus mağazada, Xaçmaz şəhəri M.Hüseynzadə küçəsi, 1 ünvanında Xalidə Kərimovaya məxsus kafedə, Qusar rayonu Hil kəndində Arzu Şərifovaya məxsus, Qax şəhəri İ.Dağıstanlı küçəsində Rəna Kərimovaya məxsus, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində Tural Orucova məxsus, Ağdam rayonu Mahrızlı kəndində Nəsimi Abdullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.