Bakı, 22 sentyabr, İbrahim Əsədov, AZƏRTAC
Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət qalereyası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin gənc nəslin inkişafına daim böyük diqqət göstərdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Nazir qalereyanın müasir təlim avadanlığı ilə təchiz edildiyini diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət qalereyasında yaradılan şəraitlə tanış olublar.








